Bu gün Birinci Liqada ilin son oyunları keçiriləcək

Xəbərlər
25 Dekabr 2025 10:39
40
Bu gün Birinci Liqada ilin son oyunları keçiriləcək

Bu gün Bizon Azərbaycan Birinci Liqasında 2025-ci ilin son qarşılaşmaları keçiriləcək.

İdman.Biz xəbər verir ki, 12-ci turun ikinci oyun günündə azarkeşləri iki maraqlı matç gözləyir.

Günün ilk görüşündə turnir cədvəlinin lideri “Şəfa” MOİK-lə üz-üzə gələcək. Binə qəsəbə stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 14:00-da səslənəcək.

Digər oyunda isə Ağsu şəhər stadionunda “Difai” və “Cəbrayıl” komandaları münasibətlərinə aydınlıq gətirəcək. Bu matç saat 14:30-da başlanacaq.

İdman.Biz