Bəhlul Mustafazadənin son durumu açıqlandı - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

15 Aprel 2026 17:30
272
Bəhlul Mustafazadənin son durumu açıqlandı - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

Azərbaycan millisinin və “Qarabağ” futbol klubunun müdafiəçisi Bəhlul Mustafazadə zədədən sonra bərpa prosesini davam etdirir və təxminən üç həftə ərzində fərdi məşqlərə start verməsi gözlənilir.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev İdman.Biz-ə açıqlama verib.

O bildirib ki, 29 yaşlı futbolçunun müalicəsi hazırda həkim nəzarəti altında davam edir və gələn ay fərdi hazırlıq mərhələsinə keçməsi planlaşdırılır.

Qeyd edək ki, Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində fevralın 18-də “Nyukasl” oyununun (1:6) 22-ci dəqiqəsində zədələnmişdi. Müdafiəçidə sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində zədə müəyyən edilmişdi.

İdman.Biz