Altay Bayındır Türkiyə nəhəngi ilə razılaşdı

15 Aprel 2026 17:54
228
Altay Bayındır Türkiyə nəhəngi ilə razılaşdı

Türkiyə futbol millisinin və “Mançester Yunayted”in qapıçısı Altay Bayındırın nümayəndələri “Beşiktaş”la müqavilənin şərtlərini tam razılaşdırıb.

İdman.Biz “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, keçidin rəsmiləşməsi klubların danışıqlarından asılıdır.

Transfer o halda baş tutacaq ki, İstanbul təmsilçisi “Mançester Yunayted”lə keçid məbləği barədə ortaq məxrəcə gəlsin.

İdman.Biz