“Barselona”nın prezidenti Joan Laporta klubun Çempionlar Liqasının dörddəbir finalında “Atletiko Madrid” qarşı keçirilən oyunlarda hakim qərarları ilə bağlı UEFA-ya yenə şikayət edəcəyini açıqlayıb.
İdman.Biz bildirir ki, “Barselona” ümumi hesabda 3:2 hesabı ilə məğlub olduqdan sonra Çempionlar Liqasında mübarizəni dayandırıb. İlk oyunda İştvan Kovaç (Rumıniya), ikinci oyunda isə Kleman Türpen (Fransa) hakimlik edib.
“Biz bunu qəbul edə bilmərik. Biz artıq UEFA-ya şikayət etmişik və düşünürəm ki, daha bir şikayət edəcəyik”, - deyə insayder Fabrizio Romano Laportanın sözlərini sitat gətirir.
“Atletiko” Çempionlar Liqasının yarımfinalında “Sportinq” – “Arsenal” matçının qalibi ilə qarşılaşacaq.
