Kanselu: “Mətbuatın yazdığını unudun, o, əfsanədir”

Xəbərlər
17 Dekabr 2023 12:44
92
Kanselu: “Mətbuatın yazdığını unudun, o, əfsanədir”

“Barselona”nın portuqaliyalı futbolçusu Joau Kanselu baş məşqçi Xaviyə dəstək olub.

İdman.biz xəbər verir ki, Kataloniya klubunun 29 yaşlı müdafiəçisi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

29 yaşlı futbolçu bildirib ki, mətbuatda onun Xavi ilə işləmək istəməməsi tamamilə yalandır: “Hamımız Xavini dəstəkləyirik. Mətbuatın yazdığını unudun, mən sizə həm özüm, həm də komanda yoldaşlarım haqqında həqiqəti deyirəm. O, heyrətamiz insan və əfsanədir. Xavi həmişə komandaya nəyin faydalı olacağını axtarır. Onunla işləmək xoşdur”.

Qeyd edək ki, Kanselu bu il “Barselona” forması ilə meydana çıxdığı 14 oyunda 2 qol və 1 assistlə yadda qalıb.

İdman.biz