Bu gün Misli Premyer Liqasının 15-ci turunun oyunu “Turan Tovuz”la “Sabah” arasında baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 16:30-da start götürəcək turun mərkəzi qarşılaşmasını Əliyar Ağayev idarə edəcək.
“Sabah” 28 xalla turnir cədvəlinin ikinci pilləsində yer alıb. 24 xala malik “Turan Tovuz” isə beşincidir.
Misli Premyer Liqası
İkinci dövrə, 15-ci tur
13 dekabr (şənbə)
16:30. “Turan Tovuz” - “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu
Qeyd edək ki, 15-ci tura dekabrın 15-i yekun vurulacaq.
