“Vulverhempton” “Brenford”la oyunda məğlubiyyətdən qurtarıb

17 Mart 2026 02:15
48
“Vulverhempton” “Brenford”la oyunda məğlubiyyətdən qurtarıb

İngiltərə Premyer Liqasının 30-cu turunda “Brentford” Vulverhempton”la heç-heçə edib.

İdman.Biz-in məlumatına görə, matç 2:2 hesabı ilə başa çatıb.

“Brentford” 22-ci dəqiqədə Maykl Kayodenin qolu ilə hesabda irəli çıxıb. On beş dəqiqə sonra ev sahibləri İqor Tyaqonun qolu ilə hesabı ikiqat artırıblar. 44-cü dəqiqədə Adam Armstronq uzaq məsafədən zərbə endirərək hesabı 2:1 edib. Qonaqlar 77-ci dəqiqədə Tolu Arokodarenin qolu ilə hesabı bərabərləşdiriblər.

Bu heç-heçədən sonra “Brentford” turnir cədvəlində yeddinci yerdə qalır, “Vulverhempton” isə sonuncu yerdədir.

İdman.Biz