İspaniyanın “Barselona” futbol komandasının baş məşqçisi Hansi Flik klubla yeni müqavilə imzalayacaq.
İdman.Biz xəbər verir ki, Joan Laportanın yenidən prezident seçilməsindən sonra almaniyalı mütəxəssislə bağlı planlar tam təsdiqlənib.
Yeni müqavilə növbəti iki il üçün qüvvədə olacaq. Yaxın günlərdə Flikin agenti Pini Zahavi detalları və müqavilənin müddətinin 2029-cu ilə qədər uzadılması nəzərdə tutulan “+1” opsiyasını müzakirə etmək üçün Barselonaya səfər edəcək.
