“Çempionatda üç məğlubiyyətdən sonra “Difai”ni yenə bildik. Matçın əvvəli bizim üçün yaxşı olmadı, qapımızda qol gördük. Buna baxmayaraq toparlanıb 3 qolla 3 xal qazandıq”.
Bu sözləri Birinci Liqa təmsilçisi MOİK-in baş məşqçisi İlham Yadullayev deyib.
49 yaşlı mütəxəssis komandasının qeyri-sabit çıxışının səbəblərini açıqlayıb.
“Futbolçularıma təşəkkür edirəm. Qeyri-sabit nəticələr bizi razı salmır. Oyun baxımdan problemimiz yoxdur. Əksər görüşlərdə rəqiblərdən üstün görünürük. Amma qol epizodlarından istifadə edə bilmirik və əvəzində qapımızda qol görürük. Dominant futbol oynamağa çalışırıq, rəqiblər də bundan yararlanaraq bundan istifadə edərək bizi əks-hücumlarda yaxalayır. Mövsümün əvvəlində əsas heyətin futbolçularında zədələr oldu. Buna görə də, sistemdə dəyişiklik etdik. İlin sonuna kimi maksimum nəticə qazanmaq lazımdır. Turnir cədvəlində qərarlaşdığımız yerlə barışa bilmərik. Futbolçularla söhbətimiz olub. Qışa qədər yuxarıya pilləyə qalxmaq istəyirik. Qışdan sonra isə, daha yüksək yerlər uğrunda mübarizə aparacağıq”.
Qeyd edək ki, 9 turdan sonra aktivində 8 xal olan MOİK turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
