“Real” Rodrinin transferindən imtina etdi - Madrid klubu prioritetlərini dəyişir

Xəbərlər
6 Dekabr 2025 12:48
32
“Real” Rodrinin transferindən imtina etdi - Madrid klubu prioritetlərini dəyişir

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri artıq Madrid “Real”ının transfer hədəfində deyil.

İdman.Biz xəbər verir ki, bu barədə “El Nacional” xəbər verir.

Məlumatda qeyd olunur ki, “Kral klubu” 29 yaşlı ispaniyalı futbolçunun transferi ilə bağlı ideyadan imtina edib.

Məlumata görə, bu qərar bir neçə əsas faktordan qaynaqlanır. Rodrinin yüksək transfer dəyəri, yaşı və tez-tez yaşadığı sağlamlıq problemləri “Real”ın rəhbərliyini geri addım atmağa vadar edib.

Məlumatda həmçinin bildirilir ki, ispaniyalı yarımmüdafiəçi ötən ilin sentyabrında aldığı çarpaz bağların qopması zədəsindən hələ də tam şəkildə sağalmayıb və optimal fiziki formasını bərpa edə bilmir. Bu isə onun çıxışlarının sabitliyinə mənfi təsir göstərir.

İdman.Biz