“Flamenqo”nun çempionluq fotosessiyası: futbolçuların və məşqçilərin uşaqları kubokla şəkil çəkdiriblər - FOTO

Xəbərlər
6 Dekabr 2025 10:48
41
“Flamenqo”nun çempionluq fotosessiyası: futbolçuların və məşqçilərin uşaqları kubokla şəkil çəkdiriblər - FOTO

Braziliyanın “Flamenqo” klubu həm ölkə çempionluğu, həm də Libertadores Kubokunu qazanmasının ardından xüsusi çempionluq fotosessiyası təşkil edib.

İdman.Biz xəbər verir ki, klubun futbolçuları və məşqçilərinin uşaqları hər iki titulun kuboku ilə birlikdə kameralara poz verərək sosial şəbəkələrdə böyük maraq yaradıb.

Görüntülər azarkeşlər tərəfindən “ən şirin çempionluq fotosessiyası” kimi qiymətləndirilib.

İlk fotolardan birində Mbappenin azyaşlı fanatına bənzəyən uşağın görüntüsü də müzakirələrə səbəb olub. Paylaşım qısa zamanda həm Braziliya, həm də beynəlxalq futbol ictimaiyyətində trendə çevrilib.

Qeyd edək ki, “Flamenqo”nun heyətində çempionluq sevincini qeyd edənlərin futbolçuların sırasında “Qarabağ”ın sabiq hücumçusu Juninyo da var.

İdman.Biz

Məqalədə: