Misli Premyer Liqası: “Zirə” “Qarabağ” ilə üz-üzə

Xəbərlər
6 Dekabr 2025 09:48
48
Misli Premyer Liqası: “Zirə” “Qarabağ” ilə üz-üzə

Bu gün Misli Premyer Liqasında XIV tura start veriləcək.

İdman.Biz xəbər verir ki, turun açılış matçında “Zirə” “Qarabağ”ı qəbul edəcək.

Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüş saat 17:00-da start götürəcək. Görüşü baş hakim Rauf Cabarov idarə edəcək.

Hazırda Ağdam təmsilçisi 29 xalla turnir cədvəlinə başçılıq edirsə, 26 xalı olan “Zirə” komandası onların ən yaxın izləyicisidir.

Misli Premyer Liqası
II dövrə, XIV tur
17:00. “Zirə” - “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Əliyar Ağayev
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, tura dekabrın 9-da yekun vurulacaq.

İdman.Biz

Məqalədə: