“Barselona” rəhbərliyi “Alaves”lə(3:1) keçirilən matç zamanı VIP sektorunda göstərilən qida xidmətindən narazılıqların artması fonunda xüsusi tədbirlər görüb.
İdman.Biz “Diario Sport”a istinadən məlumat verir ki, klub azarkeşlərin şikayətlərindən sonra rəsmi şəkildə üzr istəyib və xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün addımlar atıb.
Bu çərçivədə “Barselona” məşhur aşpaz Dani Qarsiyanı – “Lena” restoranının sahibini – VIP xidmətinin təkmilləşdirilməsinə cavabdeh şəxs kimi təyin edib. Klub eyni zamanda VIP paketinin qiymətini bir nəfər üçün 100 avrodan 120 avroya(təxminən 238 manat) qaldırıb.
Şikayət bildirən azarkeşlərə kompensasiya olaraq iki pulsuz basketbol oyunu bileti təqdim ediləcəyi açıqlanıb.

