“Neftçi”nin Yuri Vernidub həsrəti bitib.
İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, baş məşqçi postuna əsas namizəd artıq Bakıdadır.
O, gecə saatlarında Ukraynadan Azərbaycana təşrif buyurub. 59 yaşlı mütəxəssis xüsusi icazə məktubu əsasında ölkəsini tərk edə bilib.
Paytaxt təmsilçisi yerli dövlət qurumlarına bu məqsədlə müraciət ünvanlayıb və razılıq alınıb.
