Tomas Tuxel DÇ-2026-nın püşkatma mərasimini tənqid etdi: “Buna ehtiyac yox idi”

Xəbərlər
6 Dekabr 2025 13:08
38
Tomas Tuxel DÇ-2026-nın püşkatma mərasimini tənqid etdi: “Buna ehtiyac yox idi”

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel 2026-cı il dünya çempionatının qrup mərhələsinin püşkatma mərasimində təqdim olunan şou proqramını artıq hesab edib.

İdman.Biz bu barədə BBC-yə istinadən məlumat verib.

Almaniyalı mütəxəssis bildirib ki, tədbirin bu qədər nümayişkaranə şəkildə keçirilməsi zəruri deyildi.

Püşkatma mərasimi 5 dekabrda ABŞ-də, Kennedi Mərkəzində baş tutub. Tədbirdə ABŞ prezidenti Donald Tramp da iştirak edib.

“Mən bütün bunları bəyənmirəm. Bu qədər şouya ehtiyac yox idi. Mənə lazım deyil, amma əlbəttə ki, böyük səhnə və möhtəşəm əyləncə idi.”

Püşkün nəticəsinə əsasən, İngiltərə millisi Xorvatiya, Panama və Qana ilə eyni qrupda yer alıb.

Qeyd edək ki, dünya çempionatı tarixdə ilk dəfə olaraq eyni vaxtda üç ölkədə ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə ümumilikdə 48 komanda mübarizə aparacaq.

İdman.Biz

Məqalədə: