“Sabah” “Neftçi” qarşısına ciddi itkilərlə çıxacaq

Xəbərlər
6 Dekabr 2025 15:28
40
“Sabah” “Neftçi” qarşısına ciddi itkilərlə çıxacaq

“Sabah” Misli Premyer Liqasının XIV turunda “Neftçi”yə qarşı keçirəcəyi oyuna itkilərlə çıxacaq.

İdman.Biz sport24.az-a istinadla xəbər verir ki, klubun oyunçuları - İvan Lepinitsa, Zinedin Uld Xaled, Cesse Sekidika, Pavol Şafranko, Boyan Letiç və Neqoş Kupusoviç zədəlidir.

Bunlardan yalnız Lepinitsa və Sekidikanın növbəti görüşdə iştirak ehtimalı var. Hər ikisinin oynayıb-oynamayacağı hələlik dəqiq deyil.

Qeyd edək ki, dekabrın 8-də baş tutacaq “Sabah” - “Neftçi” qarşılaşması saat 20:00-da start götürəcək.

İdman.Biz