Avropanın nəhəng klublarının transfer siyahısında olan “Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin transfer qiyməti açıqlanıb.
İdman.Biz Polşa KİV-ə istinadən xəbər verir ki, Ağdam klubu 25 yaşlı polşalı qolkiper üçün transfer təklifi edən klubdan 7 milyon avro tələb edəcəyi iddia olunub.
Məlumata görə, M.Koxalski 2024-cü ilin yay transfer pəncərəsində “Qarabağ”a qoşulub. Bu mövsüm 15 oyuna çıxan qapıçı beş dəfə qapısını toxunulmaz saxlayıb. Polşa mətbuatının yazdığına görə, “Borussiya Dortmund” və “Napoli” klubları Mateuş Koxalskini transfer etmək üçün təklif göndərməyə hazırlaşır.
Bununla belə, “Qarabağ” klubunun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev İdman.Biz-ə açıqlamasında bildirib ki, hələ Mateuş Koxalski ilə bağlı heç bir rəsmi təklif yoxdur və oyunçu hazırda komandada qalır.
Yusif Sadıqlı
