“Qarabağ”ın futbolçusu Kevin Medina artıq məşqlərə qayıdıb - VİDEO

Xəbərlər
3 Dekabr 2025 15:28
41
“Qarabağ”ın futbolçusu Kevin Medina artıq məşqlərə qayıdıb - VİDEO

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda səfərdə “Napoli” ilə qarşılaşmada zədələnən “Qarabağ”ın futbolçusu Kevin Medina artıq məşqlərə başlayıb.

İdman.Biz-in əldə etdiyi məlumata görə, oyunçu hazırda özünü yaxşı hiss edir, zədəsi bərpa olub və klubun məşqlərinə qatılır.

Xatırladaq ki, oyunda “Napoli”nin hücumçusunun zərbəsi nəticəsində top Medinanın üzünə dəyib və o, huşsuz vəziyyətdə yerə yıxılıb. Noyabrın 25-də baş tutan “Napoli” - “Qarabağ” görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yusif Sadıqlı

İdman.Biz

Məqalədə: