Mateuş Koxalski “Qarabağ”dan ayrılır? - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

Xəbərlər
2 Dekabr 2025 14:38
32
Mateuş Koxalski “Qarabağ”dan ayrılır? - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Avropanın bir neçə klubunun maraq dairəsindədir.

Polşa və Almaniya mətbuatında xüsusən İtaliyanın “Napoli” və Almaniyanın “Borussiya Dortmund” klublarının onunla maraqlandığı bildirilib. Hətta onun qış transfer pəncərəsində Almaniya klubuna keçəcəyi iddia olunub.

İdman.Biz məsələni dəqiqləşdirmək üçün “Qarabağ” klubundan açıqlama alıb.

Klubun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev bildirib ki, M.Koxalski ilə bağlı heç bir rəsmi təklif yoxdur və hazırda oyunçu komandada qalır.

Qeyd edək ki, Mateuş Koxalskinin “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Yusif Sadıqlı

İdman.Biz