Emil Mustafayev “Sumqayıt”da - ÖZƏL

Xəbərlər
14 Yanvar 2026 17:58
91
Emil Mustafayev “Sumqayıt”da - ÖZƏL

“Sumqayıt” FK heyətini yeni futbolçu ilə gücləndirir.

İdman.Biz-in əldə etdiyi məlumata görə, “Sumqayıt”ın bir müddət öncə Ukrayna “Polissya”sından icarəyə götürdüyü 24 yaşlı yarımmüdafiəçi Emil Mustafayev komandaya qoşulur.

Məlumata görə, o, sabah Türkiyədə “Sumqayıt”ın Antalya düşərgəsindəki məşqlərinə qatılacaq.

Qeyd edək ki, Emil Mustafayev karyerasına Ukraynanın “Oleksandriya” klubunda başlayıb və oradan “Polissya”ya keçib.

Yusif Sadıqlı

İdman.Biz