“Neftçi” tarixinin antirekordunu müəyyənləşdirib.
İdman.Biz-in məlumatına görə, “Neftçi” ilk dəfə Azərbaycan Kubokunda 1/8 final mərhələsində turnirdən kənar qalıb.
Bu raundda paytaxt təmsilçisi “Zirə”yə 0:1 hesabı ilə məğlub olaraq, yarışdakı çıxışını başa vurub.
Əvvəlki 32 mövsümdə ölkə kubokunda hər dəfə iştirak edən “Neftçi” ən pis halda 1/4 finala qədər irəliləmişdi. Komanda tarixində bu mərhələdə 11 dəfə mübarizəni dayandırıb.
Bundan əlavə, “Neftçi” 10 dəfə yarımfinala yüksəlib, 11 dəfə isə finalda iştirak edib. Lakin finalda yalnız 6 dəfə kuboku qazanmaq mümkün olub, 5 dəfə isə məğlubiyyətlə nəticələnib.
“Neftçi”nin ölkə kubokunda nəticələri:
11 dəfə 1/4 finalda mübarizə dayanıb – 1992, 1993, 1993-94, 1996-97, 2004-05, 2008-09, 2009-10, 2010-11, 2018-19, 2019-20, 2020-21
10 dəfə yarımfinalda dayanıb – 1997-98, 1999-2000, 2005-06, 2006-07, 2007-08, 2016-17, 2017-18, 2021-22, 2023-24, 2024-25
5 dəfə finalçı olub – 2000-01, 2011-12, 2014-15, 2015-16, 2022-23
6 dəfə qalib gəlib – 1994-95, 1995-96, 1998-99, 2003-04, 2012-13, 2013-14
