Türkiyə kubokunda ağır məğlubiyyətdən sonra klubun prezidenti istefa verib

Xəbərlər
3 Dekabr 2025 11:03
18
Türkiyə kubokunda ağır məğlubiyyətdən sonra klubun prezidenti istefa verib

Türkiyənin “Sakaryaspor” klubunun prezidenti Muhammet Kıratlı istefa verib.

İdman.Biz xəbər verir ki, M.Kıratlı istefa xəbərini özünün sosial şəbəkə hesabında elan edib.

O, qərarını rəhbərlik etdiyi komandanın “Ziraat” Türkiyə Kubokunun IV turunda öz meydanında “Gənclərbirliyi”nə 0:5 hesabı ilə məğlub olmasından bir neçə saat sonra açıqlayıb.

Muhammet Kıratlı paylaşdığı açıqlamada klubun gələcəyi üçün kənara çəkilməli olduğunu bildirib:

“Klubumuza xidmət etmək mənim üçün böyük şərəf və məsuliyyət idi. Vəzifəyə gəldiyim gündən komandanın uğur qazanması naminə bütün gücümlə çalışdım. Ancaq indiki vəziyyətdə klubun enerjili və intensiv çalışa biləcək idarəediçilərə ehtiyacı var. “Sakaryaspor”un uğurlarının yolunu açmaq üçün prezidentlik vəzifəmdən ayrılıram”.

İdman.Biz