Şlotterbekə İspaniyadan iki müştəri var

Xəbərlər
2 Dekabr 2025 14:45
16
Şlotterbekə İspaniyadan iki müştəri var

Almaniyanın “Borussiya Dortmund” klubunda çıxış edən Niko Şlotterbek 2027-ci ildə komandadan ayrılacaq futbolçular siyahısına düşə bilər - onunla uzadılması təklif olunan müqavilə uzadılmayıb.

İdman.Biz xəbər verir ki, 26 yaşlı mərkəz müdafiəçisi illik maaşın 2,5 milyon avrodan (6 750 000 AZN) 8 milyon avroya (21 600 000 AZN) qalxması təklifinə rədd cavabı verib və danışıqlar hazırda dayanıb.

“Dortmund” rəhbərliyi daxili rəqiblərə satmaqdan imtina etdiyi üçün, böyük ehtimalla o, karyerasını xaricdə davam etdirəcək.

Mənbələr bildirir ki, “Barselona” sol ayaq zərbəli mərkəz müdafiəçisi axtarışındadır və Şlotterbek bu profilə tam uyğundur. Onun Almaniya milli komandasında debütünü həyata keçirən baş məşqçi Hansi Flik də futbilçunun keyfiyyətlərini yaxşı bilir.

Eyni zamanda, İspaniyanın “Real Madrid” və Almaniyanın “Bayern Münhen” klubları da Şlotterbeklə ciddi maraqlanır. Bu da o deməkdir ki, 2027-ci ildə müdafiəçinin transferi uğrunda ciddi rəqabət yaranacaq.

İdman.Biz

Məqalədə: