Serxio Ramos “Monterrey”dən ayrılır

Xəbərlər
28 Noyabr 2025 16:28
18
Serxio Ramos “Monterrey”dən ayrılır

Meksikanın “Monterrey” futbol komandasının kapitanı Serxio Ramosun klubdan ayrılacağı bildirilir.

İdman.Biz “El Chiringuito”ya istinadən xəbər verir ki, Ramos “Monterrey”də qalmamaq barədə qərar verib. Bununla belə, bu qərar onun karyerasını bitirmək üçün deyil, sadəcə olaraq futbol yolunu başqa istiqamətdə davam etdirmək istəyi ilə bağlıdır.

Xatırladaq ki, Ramos 2025-ci ilin əvvəlində Meksikaya gəlib. Onun müqaviləsi bir illikdir və dekabrın sonunda başa çatır. Buna görə də əsas sual onun kluba davam edib-etməyəcəyi ilə bağlıdır.

Məsələ ilə bağlı hələ rəsmi açıqlama verilməyib. Üstəlik, Ramos oktyabr ayında kurnalist Juanfe Sanzla müsahibəsində Meksikaya simpatiyasından və “Albiasul” komandasının bir hissəsi olaraq qalmaq istəyindən danışıb. “Monterrey” hazırda Apertura 2025 turnirinin 1/4 final mərhələsində mübarizə aparır.

Bundan əlavə, “Monterrey”in idman direktoru Xose Antonio Norieqa bir neçə gün əvvəl bildirib ki, Ramosla müqavilənin uzadılması ilə bağlı danışıqlar aparılır. O, komandanın çempionluq uğrunda mübarizədən diqqətinin yayınmasını istəmədiyi üçün əlavə detallara varmayıb.

Ramos “Monterrey”in kapitanı olmaqla yanaşı, Serxio Kanales, Entoni Marşial, Lukas Okampos və Oliver Torres kimi adların yer aldığı heyətin əsas fiqurlarından biridir. O, müdafiədə göstərdiyi oyunla yanaşı, karyerası boyunca xarakterik olan qol effektivliyini də nümayiş etdirib.

İdman.Biz

Məqalədə: