Rəşad Sadıqov futbolçuların davasının qarşısını aldı - VİDEO

Xəbərlər
28 Noyabr 2025 16:46
31
Rəşad Sadıqov futbolçuların davasının qarşısını aldı - VİDEO

Azərbaycan Premyer Liqasının XIII turunda keçirilən “Kəpəz” - “Zirə” oyunundan sonra dava baş verib.

İdman.Biz “teleqraf”a istinadən xəbər verir ki, insident Yevlax şəhər stadionunda yaşanıb.

Belə ki, baş hakim Rəşad Əhmədovun final fitindən sonra “qartallar”ın futbolçusu Ayron Qomis ilə meydan sahiblərinin oyunçusu Olavale Onanuqa arasında gərginlik yaranıb. Rəşad Sadıqov öz futbolçusunu, “Kəpəz”in oyunçuları isə öz komanda yoldaşlarını araya girərək sakitləşdiriblər və insident bununla da aradan qalxıb.

Qarşılaşmanın baş hakimi gərginliyə görə Olavale Onanuqaya sarı vərəqə göstərib.

Qeyd edək ki, qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz

Məqalədə: