İspaniyanın “Real”(Madrid) futbol klubu həftəsonu La Liqada növbəti oyununu keçirəcək.
İdman.Biz İspaniya KİV-ə istinadən xəbər verir ki, “Kral klubu” bazar günü(30 noyabr) “Jirona” ilə qarşılaşana qədər turnir cədvəlinin zirvəsindən enə bilər.
Belə ki, “Barselona” şənbə günü “Deportivo Alaves”ə qalib gəlsə, madridliləri zirvədən endirəcək.
Hazırda Kataloniya təmsilçisi ilə Xabi Alonsonun komandası arasında xal fərqi minimaldır. “Real” 32 xalla turnir cədvəlində liderdir.
Madrid klubu bu həftə Çempionlar Liqasında “Olimpiakos” üzərində 4:3 hesablı qələbə qazanıb. Kilian Mbappenin sözügedən oyunda poker edib.
“Jirona” mövsümün ilk XIII turundan sonra cəmi iki qələbə qazanaraq, 18-ci yerdə qərarlaşıb.
“Real”ın (Madrid) heyətinə gəlincə, Cud Bellinqem və Kurtua “Olimpiakos”la görüşü buraxmışdı, lakin hər iki futbolçunun həftəsonu geri dönməsi gözlənilir.
Madrid təmsilçisinin ən ciddi itkisi müdafiə xəttindədir. Eder Militao, Antonio Rüdiger, Dani Karvahal zədəlidir. Xüsusən, Din Heysenin zədəli olması baş məşqçini qayğılandırmaya bilməz.
