Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsində ilk matçına çıxıb - YENİLƏNİB

25 Noyabr 2025 17:26
298
Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsində ilk matçına çıxıb - YENİLƏNİB

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası 2026-cı il Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

İdman.Biz xəbər verir ki, B Liqasının V qrupunda yer alan yığma Şimali Makedoniyanın Strumitsa şəhərində Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Kukus” stadionunda keçirilən görüş rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 qrupda növbəti oyununu noyabrın 28-də Şimali Makedoniya yığmasına qarşı keçirəcək.

09:57

Bu gün Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi 2026-cı il Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, B Liqasının V qrupunda yer alan Həbib Ağayevin baş məşqçisi olduğu komanda Sloveniya ilə qarşılaşacaq.

Görüş Şimali Makedoniyanın Strumitsa şəhərindəki Kukuş stadionunda, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Qeyd edək ki, yığma növbəti matçını noyabrın 28-də Şimali Makedoniyaya qarşı keçirəcək.

İdman.Biz