“Mançester Yunayted”in keçmiş hücumçusu Ueyn Runi məktəb tədbiri çərçivəsində keçirilən “şagirdlərin ataları - müəllimlər” oyununda baş verən hadisə barədə danışıb.
İdman.Biz xəbər verir ki, Runi öz podkastında həmin gün gənc bir müəllimlə toqquşmasını xatırladıb və bunun gözlənilməz nəticələr verdiyini bildirib.
Runi həmin epizodu belə təsvir edib: “Bu, gənc bir müəllim idi. Deyəsən o, “Mançester Siti”də işləyirdi. Meydanda çox aqressiv oynayırdı. Mənə yaxınlaşanda korpusla oynadım və yazığın çiynini çıxartdım”.
Futbolçu daha sonra uşaqların reaksiyasından danışıb və bildirib ki, oğlu Kayadan başqa bütün uşaqlar bu hadisəyə sevinib.
“Oğlum daha sonra bildirdi ki, doğru adamı vurmamışam və kaş ki, biologiya müəllimini vuraydım”, - deyə Runi əlavə edib.
Runi zarafatla bildirib ki, bu hadisədən sonra oğluna heç kimin toxunmağa cəsarəti qalmayıb.
Onun sözləri qısa müddətdə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Hadisə Ueyn Runinin şəxsi həyatında baş vermiş ən qeyri-adi epizodlardan biri kimi yadda qalıb və onun xarakterinin meydandan kənarda da dəyişmədiyini göstərib.
