“Barselona” “Real”ı məğlub edərək Superkuboku qazandı - VİDEO

Xəbərlər
12 Yanvar 2026 01:11
74
“Barselona” “Real”ı məğlub edərək Superkuboku qazandı - VİDEO

İspaniyanın "Barselona" klubu Madrid "Real"ı üzərində qələbə qazanaraq İspaniya Superkubokunun qalibi olub.

İdman.Biz xəbər verir ki, Ciddədəki "King Abdullah Sports City" stadionunda keçirilən final görüşündə katalonlar 3:2 hesabı ilə qalib gəliblər. Oyunun baş hakimi Xose Munuera Montero olub.

36-cı dəqiqədə braziliyalı Rafinya "Barselona"nı hesabda irəli çıxarıb. 45+2-ci dəqiqədə "Real"ın vingeri Vinisius Junior tarazlığı bərpa edib. 45+4-cü dəqiqədə Robert Levandovski katalonların ikinci qolunu vurub. 45+6-cı dəqiqədə Qonsalo Qarsiya yenidən hesabı bərabərləşdirib. 73-cü dəqiqədə isə Rafinya özünün ikinci qolunu vuraraq dubla imza atıb. 90+1-ci dəqiqədə "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq qırmızı vərəqə alıb.

Bu nəticə ilə "Barselona" tarixində 16-cı dəfə İspaniya Superkubokunu qazanıb.

Xatırladaq ki, katalon klubu ötən mövsümün finalında da "Real"ı 5:2 hesabı ilə məğlub etmişdi.

İdman.Biz