“Gələcək planlarım ilk növbədə legioner həyatı yaşamaqdır”.
İdman.Biz xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında müqavilə ilə “Qarabağ”a məxsus olan və icarə əsasında “Difai”nin formasını geyinən qapıçı Sadıq Məmmədzadə deyib.
Mövsümün əvvəlindən bəri Birinci Liqada çıxış edən gənc qolkiper özünü ölkə xaricində sınamaq istədiyini bildirib:
“Bunun üzərində menecerim Emil Asadov işləyir, əziyyət çəkir. İnşallah, yaya doğru yaxşı xəbərlər gözləyirəm. Amma əsas proritetim oynaya biləcəyim yerə getməkdir. Ölkə xarici olsa əla olar, amma digər variant kimi Premyer Liqa klubları da olsa yaxşı olar".
