“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək

Xəbərlər
25 Noyabr 2025 09:21
44
“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək

Bu gün “Qarabağ” klubunun U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsinin növbəti matçını keçirəcək.

İdman.Biz xəbər verir ki, V tur çərçivəsində Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv İtaliyada “Napoli”nin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

V turun oyunu Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Oyunu Çexiyadan olan hakim Dominik Starı idarə edəcək.

Qeyd edək ki, əvvəlki 4 qarşılaşmada uduzan “Qarabağ”ın U-19 komandası əsas mərhələsində sonuncu - 36-cı pillədə qərarlaşıb. Meydan sahibləri 3 xalla 25-cidir.

İdman.Biz

Məqalədə: