Fatih Tekke: “Evdə xanımıma belə izah edə bilmirəm” - VİDEO

Xəbərlər
25 Noyabr 2025 10:09
49
Fatih Tekke: “Evdə xanımıma belə izah edə bilmirəm” - VİDEO

“Trabzonspor”un baş məşqçisi Fatih Tekke Süper Liqanın son oyununda “Başakşehir”i səfərdə 4:3 məğlub etdikləri matçın ardından komandasının uğuru və yaranan problemlərə dair düşüncələrini paylaşıb.

İdman.Biz xəbər verir ki, baş məşqçi əvvəlcə çempionluq gözləntilərini dəyərləndirib və mövsümün real hədəflərini qiymətləndirib.

“Hətta evdə həyat yoldaşıma belə izah edə bilmirəm, o da çöldəki insanlar kimi, “biz çempion olacağıq”, - deyir. Bunu mənim qədər heç kim istəyə bilməz. Komandamı tanıyıram, 1 ilə 4 arasında yerləşsək, bu çox yaxşı uğurdur”, - deyə Tekke bildirib.

Baş məşqçi futbolçuların fiziki və psixoloji yükünün çox zaman qiymətləndirilmədiyini vurğulayıb.

“İnsanlar nəyə əsəbiləşdiklərini bilmirlər. Bir futbolçunun həyatı budur. Aldıqları maaşlar doğrudur, amma baxın, kapitanımız Edin Viska zədələndi. Mən 16 əməliyyat keçirdim, həyatımın 3 ili xəstəxanalarda keçdi. Psixoloji tərəfi də var, bunlar yatmırlar. Hər kəs bilir bu işi, amma heç kim hörmət göstərmir”, - deyə Tekke bildirib.

İdman.Biz

Məqalədə: