Nigeriyanın maliyyə naziri Doris Uzoka-Anite ölkənin milli komandasının oyunçuları və məşqçilərinin tezliklə bonuslarını alacaqlarını açıqlayıb.
İdman.Biz “The Athletic”-ə istinadən bildirir ki, komanda üzvlərinə Afrika Millətlər Kuboku üçün bonuslarının ödənilməyib. Bu səbəbdən oyunçular məşqlərini ləğv ediblər və şənbə günü Əlcəzairə qarşı keçiriləcək dörddəbir final matçına getməyəcəklərini bildiriblər.
Maliyyə naziri bildirib ki, məsələ demək olar ki, həll olunub və gecikmə “xarici valyutada əməliyyatlar”la bağlıdır.
“Federal Hökumət və Nigeriya Mərkəzi Bankı oyunçularımızın kompensasiyalarını daha gecikmədən almasını təmin etmək üçün valyuta emalı prosesini uğurla sadələşdiriblər.
Gələcəkdə proses beynəlxalq ən yaxşı təcrübələrə uyğun olaraq daha sürətli və daha proqnozlaşdırıla bilən ödənişləri təmin etmək üçün tamamilə sadələşdiriləcək.
Biz komandanın rifahını dəstəkləməyə və onların pley-off mərhələsində inanılmaz formalarını davam etdirmələrini təmin etməyə tam diqqət yetiririk. Bir məqsədə doğru irəliləyirik: kuboku evə gətirmək!” – Uzoka-Anite yazıb və qeyd edib ki, pul yaxın saatlarda çatacaq.
