“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın cümə günü keçirilməsi planlaşdırılan məşqini ləğv etmək qərarına gəlib.
İdman.Biz-in İspaniyanın "Sport" nəşrinə istinadən verdiyi məlumata görə, alman məşqçi bu addımı oyunçulara qarşı yüksək fiziki tələblər səbəbindən atıb. Oyunçular tam məşq əvəzinə komandanın otelində yüngül məşq keçiriblər.
“Barselona”nın tam məşqi şənbə günü keçiriləcək. Əvvəlki gün Kataloniya klubu İspaniya Superkubokunun finalına vəsiqə qazanmaq üçün “Atletik Bilbao”nu 5:0 hesabı ilə məğlub etmişdi.
Turnirin final oyunu “Barselona” ilə “Real Madrid” arasında 11 yanvarda keçiriləcək.
