Azərbaycanlı futbolçu yenidən Qırğızıstan çempionatına qayıtmaq istəyir

Xəbərlər
25 Noyabr 2025 10:57
46
Azərbaycanlı futbolçu yenidən Qırğızıstan çempionatına qayıtmaq istəyir

Bir neçə gün öncə Qırğıstanın “Abdış-Ata” klubundan ayrılan azərbaycanlı futbolçu İlkin Muradov yenidən sözügedən ölkəyə qayıtmaq istəyir.

Bunu futbolçu özü bildirib.

O, Premyer Liqa təmsilçisi ilə müqavilə müddəti bitdiyi üçün yolları ayırdığını söyləyib:

“Klubla 5 aylıq, yəni qışa qədər müqavilə bağlamışdım. Orada mövsüm bir il olur, çempionat yaz-payız sistemi ilə keçirilir. Qış aylarında futbol olmur. Müqaviləmin müddəti başa çatdı və Azərbaycana qayıtdım. Yenidən Qırğızıstana getmək istəyirəm, bir neçə variant var. Menecerimlə təklifləri dəyərləndirib uyğun seçim edəcəyik”, - deyə o, “Report”a açıqlamasında deyib.

Qeyd edək ki, “Abdış-Ata” Qırğızıstan Premyer Liqasında mövsümü 54 xalla 3-cü pillədə başa vurub.

İdman.Biz