“Sumqayıt”ın qarşıdakı iki il üçün öz strategiyası var və onu dəyişməyi düşünmürük” - Elnur Məmmədlinin İDMAN.BİZ-ə AÇIQLAMASI

Xəbərlər
24 Noyabr 2025 11:40
47
“Sumqayıt”ın qarşıdakı iki il üçün öz strategiyası var və onu dəyişməyi düşünmürük” - Elnur Məmmədlinin İDMAN.BİZ-ə AÇIQLAMASI

Ölkə çempionatının XII turunda “Neftçi”nin “İmişli”yə məğlubiyyətindən sonra (2:3) paytaxt klubunu baş məşqçisi Samir Abbasovun tezliklə istefaya göndəriləcəyi və hətta ötən mövsümün ortasında ayrıldığı “Sumqayıt”a qayıda biləcəyi ilə bağlı xəbərlər artıb.

İdman.Biz mətbuatda və sosial şəbəkələrdə müzakirə olunan bu mələni dəqiqləşdirmək üçün “Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının sədri Elnur Məmmədliyə müraciət edib.

“Bizim özümüzün kifayət qədər işi var və digər klublarda nə baş verdiyini izləməyə vaxtımız yoxdur. “Neftçi”də vəziyyət necədir bilmirəm, amma “Sumqayıt”da baş məşqçi var və klub ona tam etibar edir. “Sumqayıt”ın qarşıdakı iki il üçün müəyyənləşdirilmiş strategiyası var və biz onu dəyişməyi düşünmürük. “Neftçi” klubuna problemlərini tez bir zamanda həll etməyi, Samir Abbasova isə qarşıdakı işlərində uğurlar arzulayıram”, - deyə Elnur Məmmədli fikrini tamamlayıb.

Vüqar Vüqarlı

İdman.Biz