“Kremoneze”nin ingiltərəli futbolçusu Ceymi Vardi, Roma ilə matçda 10 nömrəli formasının arxasında həyat yoldaşı Rebekanın adını yazaraq meydana çıxıb.
İdman.Biz xəbər verir ki, bu jest həm Vardinin həyat yoldaşı Rebekaya hörmətini göstərmək, həm də qadınlara qarşı zorakılığa diqqət çəkmək və dəstək vermək məqsədi daşıyırdı.
Bu, liqa səviyyəsində keçirilən təşəbbüsün bir hissəsi olub. Oyunçulardan öz adları əvəzinə onlara yaxın olan qadınların adlarını göstərmələri istənilib. Vardi, doqquz illik həyat yoldaşı Rebekanın adını seçərək həm komanda yoldaşları, həm də digər Serie A komandaları ilə birgə dəstək göstərib.
Təşəbbüs çərçivəsində “Kremoneze”, “Lazio”, “Parma”, “Udine” və “Lecce” kimi klublarla birlikdə Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Beynəlxalq Günü qeyd edilib.
Qeyd edək ki, C.Vardi və Rebeka 2014-cü ildən birlikdədir. Onların altı uşağı var. Cütlük yaxın vaxtlarda İtaliyaya köçüb, Vardi isə “Lester”dəki uzun karyerasını başa vurduqdan sonra “Kremoneze”yə transfer olunub.
