20 yaşlı isveçli hücumçu Runi Bardji “Barselona”nın əsas komanda oyunçusu kimi qeydiyyata alınıb.
İdman.Biz bu barədə “Euro-football”a istinadən məlumat yayıb.
Artıq futbolçu 19 nömrəli forma ilə çıxış edəcək.
“Göy-qırmızılar” gənc istedadı 2025-ci ilin yayında heyətinə qatıb.
Bardji komandanın heyətində meydana çıxdığı 14 oyunda iki qol vurub və dörd məhsuldar ötürmə ilə yadda qalıb.
Runi Bardji ilə “Barselona” arasında bağlanmış əmək müqaviləsi 2029-cu ilin ortalarınadək qüvvədədir. “Transfermarkt” portalının ekspertləri futbolçunun transfer dəyərini 10 milyon avro qiymətləndirirlər.
