Transfer mövsümü olduğu üçün klubların adı müxtəlif oyunçularla birgə hallanır.
İdman.Biz xəbər verir ki, yeni iddialardan biri də Portuqaliyanın “Akademiko de Viseu” klubunun hücumçusu Ande Klovislə bağlıdır.
Belə ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun çox istədiyi 28 yaşlı hücumçu üçün şərtlərə yenidən baxılacağı və ilk hədəfin oyunçunu birdəfəlik transfer etmək olduğu bildirilir. Transferdən əlavə yarım mövsümlük icarə də diqqət mərkəzindədir.

Qeyd edək ki, bu iddiadan sonra “Qarabağ” komandasının azarkeşləri Klovisin sosial şəbəkə hesabına “hücum” çəkiblər. Azarkeşlər paylaşımlara yüzlərlə şərh yazaraq hücumçunun “Qarabağ”a gəlməsini istəyiblər.
Xatırladaq ki, bu gün Qurban Qurbanov keçirdiyi mətbuat konfransında transferlə bağlı sualı cavanlandırarkən yanvar ayında komandaya futbolçu gəlməyəcəyini və heç kimin ayrılmayacağını düşündüyünü deyib.
