Qurban Qurbanov transferlərlə bağlı son sözünü dedi - VİDEO

Xəbərlər
9 Yanvar 2026 12:10
108
Qurban Qurbanov transferlərlə bağlı son sözünü dedi - VİDEO

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov transferlərlə bağlı mövqeyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, o, təkliflərin daha çox yerli futbolçulara gəldiyini bildirib və azərbaycanlı oyunçulara marağın xeyli artdığını qeyd edib.

Qurbanov yanvar ayında komandaya futbolçu gəlməyəcəyini və heç kimin ayrılmayacağını düşündüyünü deyib. Bununla belə, bəzi mövqelərdə heyətin gücləndirilməsi imkanının nəzərdən keçirildiyini vurğulayıb.

Baş məşqçi bildirib ki, bu, mövcud heyətdən narazılıqla bağlı deyil. Məqsəd məşqlərin keyfiyyətini artırmaq və rotasiya imkanlarını genişləndirməkdir.

Qurbanov əlavə edib ki, bir çox hallarda klub futbolçu ilə razılığa gəldikdən sonra qiymət gözlənilmədən artırılıb. Buna görə də futbolçu rəsmi olaraq “Qarabağ”ın oyunçusu olmayana qədər transfer barədə danışmaq mümkün deyil.

İdman.Biz