AFFA rəsmiləri “Qalatasaray”ın oyununa təyinat alıblar - YENİLƏNİB

24 Noyabr 2025 12:33
214
AFFA rəsmiləri “Qalatasaray”ın oyununa təyinat alıblar - YENİLƏNİB

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.

İdman.Biz xəbər verir ki, o, UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turu çərçivəsində keçiriləcək “Qalatasaray” (Türkiyə) - “Union” (Belçika) oyununun UEFA matç direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma noyabrın 25-də İstanbulda yerləşən “Ali Sami Yen” stadionunda baş tutacaq.

Qeyd edək ki, daha əvvəl AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva da eyni oyuna təyinat alıb.

09:40

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-dan bildirilib.

O, UEFA Gənclər Liqasının əsas mərhələsində keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Union” (Belçika) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma noyabrın 25-də İstanbulda yerləşən “Esenler Erokspor” stadionunda təşkil olunacaq.

İdman.Biz