“Beşiktaş”ın baş məşqçisi Sergen Yalçın Türkiyə Super Liqasının XIII turunda “Samsunspor”la 1:1 hesablı heç-heçəni şərh edib.
İdman.Biz xəbər verir ki, Yalçın matçdan sonra keçirilən mətbuat konfransında hakim idarəçiliyini tənqid edərək VAR qərarlarının uyğunsuz olduğunu bildirib.
Baş mışqçi yenə fərdi səhvlərin xal itkisinə səbəb olduğunu vurğulayıb:
“Qol vurduqdan sonra oyundan qopduq və hesabı rəqibə verdik. Komandanın qazanma adəti olmayanda psixoloji vəziyyət pozulur. Bu da oyuna təsir edir”.
Yalçın komandanın struktur problemlərinin zaman tələb etdiyini deyib:
“Bəzi sıxıntıları həll etmək üçün 1-2 transfer dövrü lazımdır. Rafa Silva bütün ümidlərin bağlandığı oyunçu idi, onu itirdik. Orkun da cəzalıdır. Hazırda mövcud heyətlə ən yaxşısını etməyə çalışırıq. Problemlər düzəlməyəcək məsələlər deyil”.
Təcrübəli məşqçi “Beşiktaş”ın hədəfinin yenə avrokuboklara vəsiqə və titullar uğrunda mübarizə olduğunu qeyd edib.
