Afrika Millətlər Kubokunun dörddəbir final mərhələsinin Kamerun və Mərakeş arasında oyunu başa çatıb. Mərakeşlilər 2:0 hesablı qələbə qazanıblar
İdman.Biz bildirir ki, matçın ilk qolunu Brahim Dias vurub. “Real Madrid”in yarımmüdafiəçisi 26-cı dəqiqədə fərqlənib. İkinci hissədə yarımmüdafiəçi İsmael Saibari 74-cü dəqiqədə Mərakeşin üstünlüyünü artırıb.
Yarımfinalda Mərakeş Əlcəzair-Nigeriya matçının qalibi ilə qarşılaşacaq.
2025-ci il Afrika Millətlər Kuboku Mərakeşdə keçirilir. Yarışda altı qrupa bölünmüş iyirmi dörd milli komanda iştirak edib. Turnir 18 yanvara qədər davam edəcək. Hazırkı Afrika Millətlər Kubokunun çempionu 2023-cü il finalında Nigeriyanı 2-1 hesabı ilə məğlub edən Kot-d'İvuardır.
