“Barselona”nın keçmiş hücumçusu Maksi Lopes kariyerası boyunca çalışdığı məşqçilər arasında Frank Raykardı fərqləndirib və onun komanda idarəetmə tərzini yüksək qiymətləndirib.
İdman.Biz xəbər verir ki, argentinalı futbolçu “Paren La Mano” podkastına müsahibəsində holland mütəxəssisin sakit yanaşmasının futbolçular tərəfindən böyük rəğbət qazandığını bildirib.
Lopes Raykardın heç vaxt qışqırmadığını qeyd edib:
“O, gəlirdi və sakitcə deyirdi: “Buraya gəl, bunu, bunu və bunu edəcəksən. Başa düşdün? Get”. Vəssalam, qışqırmaq yox idi”.
Onun sözlərinə görə, Raykard həmçinin futbolçuların istirahətinə hörmətlə yanaşırmış və istirahət günü heç kəsi narahat etmirmiş.
Maksi Lopes “Barselona”da keçirdiyi qısa müddətdə 20 oyunda meydana çıxıb və 3 qol vurub. O, Raykardın rəhbərliyi altında 2 La Liqa çempionluğu, Çempionlar Liqasını və 2 İspaniya Super Kubokunu qazanıb.
