Nkunku transfer söz-söhbətlərinə aydınlıq gətirdi

Xəbərlər
12 Yanvar 2026 09:57
35
Nkunku transfer söz-söhbətlərinə aydınlıq gətirdi

İtaliyanın "Milan" klubunda çıxış edən fransalı hücumçu Kristofer Nkunkunun adı "Fənərbağça"nın transfer gündəmi ilə hallandırılsa da, futbolçu klubunu tərk etmək niyyətində olmadığını bildirib.

İdman.Biz xəbər verir ki, 28 yaşlı forvard A Seriyasında "Fiorentina" ilə oyundan sonra jurnalistlərə açıqlamasında yayılan xəbərlərə aydınlıq gətirib.

"Transfer bazarındakı xəbərlər sadəcə şayiələrdən ibarətdir. Mən “Milan”da qalmaq istəyirəm. Özümü burada çox yaxşı hiss edirəm və burada edəcəyim çox şeyin olduğunu düşünürəm", - deyə Nkunku bildirib.

Son həftələrdə formasının yüksəlişi ilə seçilən hücumçu "Milan"ın heyətində keçirdiyi son beş oyunda dörd qol vurub və iki məhsuldar ötürmə edib.

İdman.Biz