Azərbaycan klublarında çıxış edən Mikels qardaşları Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına müsahibə veriblər.
İdman.Biz xəbər verir ki, Premyer Liqa təmsilçisi “Sabah”da forma geyinən Coy-Lens Mikels, əkiz qardaşı Coy-Slayd Mikels və “Zirə”də çıxış edən Leroy Mikels Azərbaycanla bağlı təəssüratlarını bölüşüblər:
“Saat 17:00-dan sonra skuter sürməyi xoşlayırıq. Çəkiliş yerinə rahat gəlmək üçün bu nəqliyyat vasitəsindən istifadə etmişik. Çay içməyi Almaniyadakı türk qonşularımızdan öyrənmişik. Ən yaxşısı Azərbaycan çayıdır. Eyni liqada oynamaq arzumuz idi. Ən böyük hədəfimiz isə üç qardaş yenidən bir komandada oynamaqdır”.
Daha ətraflı videoda:
