Mourinyo: “Barselona” “Real”dan sonra dünyanın ən yaxşı klublarından biridir”

24 İyun 2026 21:59
77
Mourinyo: “Barselona” “Real”dan sonra dünyanın ən yaxşı klublarından biridir”

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo “Real” və “Barselona” matçlarının futbol dünyasındakı əhəmiyyəti barədə fikirlərini bildirib.

İdman.Biz bildirir ki, mütəxəssis “El-Klassiko”nun əhəmiyyətinin düşdüyünü deyib.

“Klassikolar artıq əvvəlki kimi qəbul edilmir. Dünya donub qalırdı. Təkcə Madrid, Barselona və ya İspaniya yox, bütün dünya donurdu. İnsanlar bu matçları gözləyirdilər.

Əlbəttə ki, Kriştianu və Messi büt idilər. Onlar dünyanın ən yaxşı iki oyunçusu idilər. “Real Madrid” dünyanın ən yaxşı klubudur. “Barselona” “Real Madrid”dən sonra dünyanın ən yaxşı klublarından biridir”, - Mourinyo “Vanity Fair”ə verdiyi müsahibədə deyib.

İdman.Biz