UEFA-dan Kamal Umudluya növbəti təyinat

Xəbərlər
16 Noyabr 2025 16:50
29
UEFA-dan Kamal Umudluya növbəti təyinat

Kamal Umudlu Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya – İngiltərə qarşılaşmasının baş hakimi olacaq.

İdman.Biz xəbər veriri ki, bu barədə AFFA-dan bildirilib.

Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Noyabrın 18-də Preşov şəhərində yerləşən "Tatran" stadionunda keçiriləcək D qrupunun görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

İdman.Biz

Məqalədə: