Yaponiya - Qana yoldaşlıq oyununda futbolçunun ayağı sındı - VİDEO

Xəbərlər
15 Noyabr 2025 15:55
28
Yaponiya - Qana yoldaşlıq oyununda futbolçunun ayağı sındı - VİDEO

Yaponiya ilə Qana yığmaları arasında keçirilən yoldaşlıq görüşü(oyun Yaponiyanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb -red) ağır zədə ilə yadda qalıb.

İdman.Biz xəbər verir ki, qanalı futbolçu Frensis Abu matçın bir epizodunda dəhşətli zədə alıb - onun topuğu tam əks istiqamətə dönüb.

Futbolçu dərhal xəstəxanaya aparılıb. Həkimlərin ilkin məlumatına görə, Abuda bir neçə sınıq aşkarlanıb və o, böyük ehtimalla dünya çempionatını buraxacaq.

Hadisə zamanı epizodda yer alan yapon futbolçu baş verənlərdən ciddi şok keçirib və vəziyyətin təsadüfən yarandığını bildirərək Qana komandasının bütün ehtiyat oyunçular skamyasından üzr istəyib.

İdman.Biz

Məqalədə: