Roberto Mançininin yeni iş yeri bəlli olub

Xəbərlər
11 Noyabr 2025 09:23
36
Roberto Mançininin yeni iş yeri bəlli olub

Roberto Mançini Qətərin “Əl-Sədd” klubunun baş məşqçisi olmağa razılıq verib.

İdman.Biz xəbər verir ki, bu barədə insayder Fabritsio Romano öz sosial şəbəkə hesabında məlumat yayıb.

Onun yazdığına görə, müqavilədə mütəxəssisin 2026-cı ilin yayında komandadan ayrılmasına imkan verən bənd olacaq. Bu şərt Mançini üçün prinsipial əhəmiyyət daşıyıb və tərəflər razılığa gəliblər.

Gözlənilir ki, italiyalı mütəxəssis bütün sənədləşmə işləri tamamlandıqdan sonra müqaviləni imzalayacaq. 59 yaşlı baş məşqçinin sonuncu iş yeri Səudiyyə Ərəbistanı millisidir.

F Məşqçi karyerası ərzində “Latsio”, “İnter”, “Mançester Siti”, “Qalatasaray” və 2017/2018 mövsümündə “Zenit” klubuna rəhbərlik edib. İtaliya millisinin başında olduğu dövrdə isə Avropa çempionatının (2020) qalibi olub.

İdman.Biz

Məqalədə: